Şirkətlər və HR komandaları üçün

HR komandanıza lazım olan tək panel

Vakansiyanı dərc etdiyiniz andan qəbul qərarına qədər hər addım eyni yerdə. Namizədi alətdən alətə daşımaq lazım deyil.

Sizin Karyera HR panelinin ümumi baxış səhifəsi: müraciətlər, imtahanlar və analitika

Altı modul. Bir axın.

01 · Müraciətlər

Namizədləri saniyələrlə sıralayın

ATS balı, imtahan nəticəsi və AI uyğunluğu bir cədvəldə. Siyahı və Kanban görünüşü arasında bir kliklə keçin.

  • Ağıllı filtrlər: ən uyğun (AI), ən yüksək ATS, mərhələ
  • Rədd cavabı üçün hazır şablonlar
  • Hər müraciətin tam tarixçəsi
Müraciətlər cədvəli: ATS balı, imtahan nəticəsi və AI uyğunluğu

02 · Namizəd izləmə

Hər namizədi addım-addım izləyin

Müraciət, imtahan, müsahibə və nəticə bir xətt üzərində. ATS balı, imtahan nəticəsi, müsahibə balı və HR reytinqi yanaşı görünür.

  • Hər addımın tarixi və saatı
  • Bir neçə müsahibə raundu (HR və texniki)
  • Əlaqə məlumatı və CV sənədi eyni pəncərədə
Namizədin mərhələ izləyicisi: müraciət, imtahan, müsahibə və nəticə

03 · İmtahanlar

Onlayn imtahanı özünüz qurun

Sualları AI ilə yaradın və ya özünüz yazın. Bal və keçid nəticəsi avtomatik hesablanır, açıq suallara balı HR verir.

  • Vaxt limiti və keçid balı
  • İmtahan zamanı video yazı
  • Nəticə namizədə dərhal göstərilir
İmtahanlar siyahısı: sual sayı, müddət və keçid balı

04 · Müsahibələr

Müsahibələri rahat planlayın

Boş vaxtları əlavə edin, namizəd özünə uyğun saatı seçsin. Video görüş əlavə proqram olmadan platformada keçir.

  • Video, ofisdə və ya telefonla format
  • Müsahibədən sonra 1–10 bal və qeyd
  • Otaq çatı və iştirakçı siyahısı
Müsahibələr cədvəli: planlaşdırılmış görüşlər və ballar

05 · Avtomatlaşdırma

Rutin işi qaydalara tapşırın

Şərt qoyun: məsələn, imtahan balı 60%-dən yuxarıdırsa namizəd müsahibə mərhələsinə keçsin və ona mesaj getsin.

  • Müraciət limiti dolanda qəbul dayanır
  • Son tarixdən sonra vakansiya arxivə düşür
  • Avtomatik qaydalarda AI xərci yoxdur
Avtomatlaşdırma səhifəsi: müraciət limiti, son tarix və avtomatik qaydalar

06 · Analitika

Rəqəmlərlə qərar verin

Vakansiya performansı, qəbul nisbəti, ATS keyfiyyəti və median cavab müddəti canlı yenilənir.

  • Müraciət hunisi və gündəlik dinamika
  • Rədd səbəbləri üzrə bölgü
  • Cavabsız müraciət və yaxınlaşan son tarix xəbərdarlıqları
Analitika səhifəsi: qəbul nisbəti, ATS keyfiyyəti və imtahan göstəriciləri
AI işin hər mərhələsində yanınızdadır

Süni intellekt

AI işin hər mərhələsində yanınızdadır

Vakansiya

AI ilə yarat

Vakansiya mətnini AI hazırlayır, siz redaktə edirsiniz.

İmtahan

Sualları AI yaradır

Mövzunu yazın, sual dəsti hazır olsun.

Müraciət

AI uyğunluğu

«Ən uyğun (AI)» sıralaması və uyğunluq faizi.

Hər yerdə

HR köməkçisi

Sual verin, filtr qurdurun, statistikanı soruşun.

AI iş başında

Sual verin. AI saniyələr içində cavab versin.

HR köməkçisi, uyğunluq balı və sual yaradıcısı real iş axınında belə işləyir.

AI səhv edə bilər, yekun qərarı həmişə insan verir. Namizədlər nömrə ilə göstərilir, ad və şəxsi məlumat AI-a göndərilmir.

HR köməkçisiNümunə ssenari

Proses

Müraciətdən nəticəyə qədər beş addım

Bütün paketlər və limitlər
  1. Vakansiya

    AI ilə mətn hazırlayın, müraciət limiti və son tarix qoyun.

  2. Müraciət

    Hər CV üçün ATS balı və AI uyğunluq faizi hesablanır.

  3. İmtahan

    Sualları AI ilə yaradın, nəticə avtomatik hesablanır.

  4. Müsahibə

    Namizəd vaxtı özü seçir, video görüş platformada keçir.

  5. Nəticə

    Qəbul və ya rədd qərarı namizədə dərhal çatır.

İşə qəbulu bir paneldən idarə etməyə hazırsınız?

Platformanı komandanızla birlikdə canlı göstərək və suallarınızı cavablandıraq.