Başlanğıc
Sizin Karyera platformasına ümumi baxış
Platforma nədir, kim üçündür və proses necə gedir.
Sizin Karyera iki hissədən ibarətdir: şirkətlər üçün veb panel (business.sizinkaryera.life) və namizədlər üçün mobil tətbiq. HR vakansiyanı dərc edir, müraciətləri idarə edir, imtahan və müsahibə keçirir. Namizəd isə hər mərhələni telefonundan izləyir.
İşə qəbul axını
- Vakansiya dərc olunur.
- Namizəd tətbiqdə müraciət edir.
- HR müraciəti ATS balı ilə sıralayır; lazım olsa imtahan təyin edir.
- Namizəd vaxtı seçir və video müsahibəyə qoşulur.
- HR nəticəni (qəbul və ya rədd) bildirir, namizədə bildiriş gedir.
Bu məqalə kömək etdi?