Satınalma üçün
Təhlükəsizlik sorğu vərəqəsi hazır cavablarla
Şirkətinizin təhlükəsizlik yoxlamasında ən çox verilən suallara dürüst cavablar. Olmayan şeyi «Yoxdur» kimi yazırıq.
Cavab statusu: VarQismənYoxdurMəlumat
Ümumi
- Məlumat
Məlumat harada saxlanılır?
Serverlər və şifrələnmiş ehtiyat nüsxələr Finlandiyadadır. Google/Firebase, AI təchizatçısı və bəzi digər alt-emalçılar ABŞ və digər ölkələrdə məlumat emal edə bilər (Gizlilik siyasəti).
- Var
Alt-emalçıların siyahısı açıqdırmı?
Bəli: Google/Firebase, LiveKit, hosting təchizatçısı, AI təchizatçısı (yalnız AI funksiyalarında). DPA-nın 6-cı bəndində göstərilib.
- Var
Məlumat emalı razılaşması (DPA) varmı?
Şablon /dpa səhifəsindədir. İmzalı surət üçün bizimlə əlaqə saxlayın (hüquqi şəxs qeydiyyatdan sonra).
- Yoxdur
ISO 27001 / SOC 2 sertifikatı varmı?
Yoxdur. Tədbirlər /security səhifəsində və bu vərəqədə açıq təsvir olunub.
Giriş və icazələr
- Var
HR paneli istifadəçisi necə doğrulanır?
Firebase Authentication (e-poçt və parol). Parolun saxlanması və yoxlanması Google/Firebase tərəfindədir.
- Yoxdur
İki mərhələli doğrulama (MFA) varmı?
HR panelində hələ yoxdur.
- Var
Rol və icazə əsaslı giriş varmı?
Bəli: komanda üzvünə vakansiya, profil, müsahibə və s. üzrə ayrıca icazə verilir. Rol hər sorğuda bazadan yoxlanılır.
- Var
Şirkətlər arasında məlumat ayrılığı necə təmin olunur?
Şirkət yalnız öz vakansiyalarına gələn müraciətləri, imtahanları və müsahibələri görür.
- Məlumat
Platforma əməkdaşları müştəri məlumatına baxa bilərmi?
Yalnız administrator rolu olan hesablar (moderasiya və dəstək üçün). Rol bazadan yoxlanılır.
Məlumatın qorunması
- Var
Ötürülmə zamanı şifrələmə varmı?
Bəli: bütün trafik HTTPS ilə; API-də təhlükəsizlik başlıqları (Helmet) aktivdir.
- Qismən
Saxlanma zamanı şifrələmə varmı?
Həssas sahələr AES-256-GCM ilə sahə səviyyəsində şifrələnir: CV-də ad, e-poçt, telefon, doğum tarixi, linklər; söhbət və dəstək mesajları; müsahibə telefonu. Digər sahələr (məs. vakansiya mətni) axtarış üçün açıq saxlanılır.
- Məlumat
Şifrələmə açarları necə idarə olunur?
Açarlar server mühitində saxlanılır, rotasiya dəstəklənir. Açar itərsə şifrəli məlumat bərpa olunmur, ona görə açarın surəti ayrıca qorunur.
- Var
Ehtiyat nüsxələr varmı?
Bəli: şifrələnmiş, ayrıca saxlama yerində, Finlandiyada. Vəziyyəti ictimai status səhifəsində izlənilir. Silinmiş məlumat nüsxələrdə təxminən 30 gün qala bilər.
- Var
Saxlama müddətləri müəyyən edilibmi?
Bəli: imtahan və müraciət videosu 14 gündən sonra avtomatik silinir; müraciətlə bağlanmayan video 6 saat ərzində.
- Var
İstifadəçi məlumatı silinə bilərmi?
Bəli: namizəd hesabını silir, şəxsi məlumat anonimləşdirilir. Şirkət məlumatının silinməsi sorğu ilə həyata keçirilir.
Tətbiq təhlükəsizliyi
- Var
Daxil olan məlumat yoxlanılırmı?
Bəli: sərt sxem yoxlaması, bilinməyən sahələr rədd edilir.
- Var
Sorğu limiti (rate limiting) varmı?
Bəli: bütün API-də, həssas əməliyyatlarda daha sərt limitlərlə.
- Var
CORS necə məhdudlaşdırılıb?
Yalnız təsdiqlənmiş ünvanlar siyahısı üçün.
- Var
Zəiflik bildirmə qaydası varmı?
Bəli: /security səhifəsi və /.well-known/security.txt. Pul mükafatı proqramı yoxdur.
Əməliyyat və davamlılıq
- Var
Monitorinq varmı?
Bəli: xidmətlər hər 5 dəqiqədən bir yoxlanılır, nəticə və hadisə tarixçəsi ictimai status səhifəsindədir.
- Var
Pozuntu barədə bildiriş öhdəliyi varmı?
Bəli: DPA-ya əsasən əsassız gecikdirmədən, mümkün olduqda 72 saat ərzində.
- Qismən
Fəlakətdən bərpa və RTO/RPO sənədi varmı?
Ehtiyat nüsxədən bərpa mümkündür; rəsmi RTO/RPO öhdəliyi və yazılı bərpa planı hələ yoxdur.
Məxfilik və AI
- Var
Razılıq qeydə alınırmı?
Bəli: qəbul tarixi və sənədin versiyası saxlanılır; əhəmiyyətli dəyişiklikdə təkrar razılıq istənilir.
- Var
AI namizəd haqqında qərar verirmi?
Xeyr. AI yalnız dəstək məqsədi daşıyır; qəbul və ya rədd qərarını insan verir (şirkət şərtləri, 6-cı bənd).
- Var
Subyekt sorğuları (baxmaq, düzəltmək, silmək) necə qəbul olunur?
support@sizinkaryera.life ünvanına; namizəd bir çox hallarda tətbiqdən özü edə bilir.
Cavablar yuxarıdakı tarixdə doğrudur və Sizin Karyera-nın cari vəziyyətini göstərir. Fərqli forma (CAIQ, SIG və s.) istəyirsinizsə, sualları bizə göndərin. Son yenilənmə: